Bazar, 19 May

Kabildəki partlayışlarda 28 "Taliban" üzvü ÖLÜB

image

Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.

Xəbər verilir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb. "Amerikalılardan daha çox insan itirdik", - "Taliban" nümayəndəsi deyib.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.

Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatı hadisəni şiddətlə qınayıb, günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41